İran neftini daşıyan yunan şirkəti ABŞ-a cərimə ödəyəcək

İran neftini daşıyan yunan şirkəti ABŞ-a cərimə ödəyəcək

ABŞ-ın aprel ayında sanksiyalara görə ələ keçirdiyi İrana aid nefti daşıyan Yunanıstan şirkəti bu ölkəyə təxminən 2,4 milyon dollar cərimə ödəyəcək. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Vaşinqton məhkəməsinin qərarına əsasən, Yunanıstanın ''Empire Navinqton'' şirkəti İrana aid nefti daşıdığına görə ABŞ-a cərimə ödəyəcək.

Məlumata əsasən, şirkət İrana aid 1 milyon barrel nefti daşıdığını etiraf edərək cəriməni ödəməyə razılaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə