İngiltərədə dəhşətli hadisə yaşanıb

İngiltərədə dəhşətli hadisə yaşanıb

Son günlərin ən dəhşətli hadisələrindən biri İngiltərədə yaşanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Polşadan olan 40 yaşlı kişi 31 yaşlı arvadını vəhşicəsinə qətlə yetirib. Bədbəxt qadının son anları təhlükəsizlik kamerasına əks olunarkən, hadisənin təfərrüatları isə qan dondurur.

Təhlükəsizlik kameralarında arvadını arxadan qucaqlayarkən görüntülənən kişi, gənc qadını 32 bıçaq zərbəsi ilə öldürüb. Hadisənin üzə çıxmamasını istəyən qatil meyiti yataq otağında gizlədib.

Heç bir şeydən xəbəri olmayan ailə üzvləri həyatını itirən qızları ilə mesajlaşaraq danışmağa davam edib. Bir müddət sonra aldıqları cavablardan şübhələnən ailə polisə xəbər verib. Xəbər üzərinə hadisə yerinə gələn qruplar apardıqları axtarışlarda gənc qadının tanınmaz hala düşmüş cəsədini aşkar ediblər.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə