Türkiyə Rusiya taxılının daşınması planını bəyənib

Türkiyə Rusiya taxılının daşınması planını bəyənib

Rusiya Türkiyənin Qətərin maliyyə dəstəyi ilə Rusiya taxılının Türkiyə üzərindən yoxsul Afrika ölkələrinə daşınması planını bəyəndiyini açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rusiyanın planına 1 milyon ton taxılın güzəştli qiymətlə Türkiyəyə göndərilməsi və orada emal olunduqdan sonra Afrika ölkələrinə daşınması daxildir. Rusiya xarici işlər nazirinin müavini qeyd edib ki, planla bağlı prinsipial razılıq əldə olunub və yaxın gələcəkdə bütün tərəflər texniki detallar üzərində işə başlayacaq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın iyul ayında Qara Dəniz Taxıl Dəhlizi razılaşmasını dayandırdıqdan sonra gündəmə gətirdiyi planla bağlı da müsbət fikir bildirib, lakin Türkiyə prioritetin Qara Dəniz Taxıl Dəhlizi sazişinin yenidən aktivləşdirilməsi mesajını verib. Rusiya ötən ilin iyulunda Türkiyə və Birləşmiş Millətlər Təşkilatının (BMT) vasitəçiliyi ilə bağlanmış müqaviləni Qərbin sanksiyalarından qaynaqlanan taxıl və gübrə ixracına maneələr yaratdığını əsas gətirərək dayandırmışdı. Müqavilə çərçivəsində ixrac edilən Ukrayna taxılının əhəmiyyətli hissəsinin inkişaf etmiş ölkələrə və Avropa Birliyi ölkələrinə getdiyini bildirən Moskva, öz taxılını pulsuz və ya güzəştli qiymətlərlə yoxsul Afrika ölkələrinə göndərməyi planlaşdırdığını açıqlayıb.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə