Rusiya hökumətindən "kömür külü" haqqında qərar

Rusiya hökumətindən "kömür külü" haqqında qərar

Rusiya hökuməti bütün ölkə boyu kömür tullantılarının yaşayış və yol tikintisində tikinti materialı kimi istifadəsini təşviq etmək təşəbbüsü ilə çıxış edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, rəsmilər bildirirlər ki, beton qarışıqlarında kömür külündən istifadə etməklə xərcləri 10%-dən 20%-ə qədər azaltmaq olar.

Energetika Nazirliyinin hesabatlarına görə, bu layihə sayəsində ölkə iqtisadiyyatı 2035-ci ilə qədər 113 milyard rubl (1,1 milyard dollar) qazana bilər. Layihənin nazirliklər tərəfindən hazırlanaraq ayın sonunda təsdiq olunmaq üçün hökumətə təqdim olunması gözlənilir. “İzvestiya” qəzeti yazır ki, bu kömür tullantıları istilik elektrik stansiyalarında yandırılan kömürdən qalan kül və şlaklardır. Qəzet onu da qeyd edir ki, Sovet İttifaqı dövründə belə tullantılar bənd tikintilərində geniş istifadə olunurdu.

Bütün xəbərlər Facebook səhifəmizdə