Rusiyada 15 milyon insan depressiyadadır

Rusiyada 15 milyon insan depressiyadadır

Rusiyada aparılan yeni bir araşdırma göstərib ki, hər 10 nəfərdən 1-i dərin depressiyadan əziyyət çəkir və bu, ölkə üzrə 15 milyon insanı əhatə edir. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Strateji Təşəbbüslər Agentliyi (STA) tərəfindən 40 min insanın iştirakı ilə aparılan araşdırmada dərin depressiyaya səbəb olan əsas səbəblər uzun sürən xəstəliklər, qohum itkisi, kredit borcu və məişət zorakılığı kimi göstərilib.

STA-nın analitikləri ölkədə 700 min vətəndaşın məişət zorakılığı ilə mübarizə apardığına diqqət çəkib. Həkim Nadejda Çernışova xəbərdarlıq edir ki, payızın gəlişi ilə ağciyər və ürək-damar xəstəliklərinin şiddəti, eləcə də stress arta bilər. Çernışova bildirir ki, payızın tətik edə biləcəyi psixi xəstəliklər arasında manik-depressiv psixoz, şizofreniya və depressiya var.

Bütün xəbərlər Facebook səhifəmizdə