Rusiyanın Ukraynadakı müharibədə itkiləri AÇIQLANDI - Yenilənmiş SİYAHI- FOTO

Rusiyanın Ukraynadakı müharibədə itkiləri AÇIQLANDI - Yenilənmiş SİYAHI- FOTO

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 266 900 hərbçisi məhv edilib.SİA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, Rusiyanın digər döyüş itkiləri 4 506 tank, 8 703 zirehli maşın, 5 722 artilleriya sistemi, 753 RYAS (reaktiv yaylım atəşi sistemi), 506 hava hücumundan müdafiə sistemi, 315 təyyarə, 316 helikopter, 4 541 operativ-taktiki PUA, 1 455 qanadlı raket, 19 gəmi/qayıq, 8 217 avtomobil və sistern, 859 xüsusi texnikadan ibarətdir.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə