Polşalı general NATO-nu Rusiyaya qarşı nüvə tədbirləri görməyə çağırıb
Polşalı general Qərb blokunu Rusiyanı cilovlamaq üçün aqressiv tədbirlər görməyə çağırıb. “Moskovskiy Komsomolets” yazır ki, bu, Rumıniyada Rusiya pilotsuz uçuş aparatının qalıqlarının tapılmasından sonra baş verib.
SİA-nın əldə etdiyi məlumata görə, NATO üzvü olan Rumıniya əvvəlcə Ukraynanın Rusiya pilotsuz təyyarələrinin Ukraynanın İzmail limanına hücumu zamanı Rumıniyada düşərək partlaması ilə bağlı iddialarını təkzib edib. Daha sonra Buxarest məlumatı təsdiqləyib.
“...Əgər bu elementlərin Rusiya pilotsuz təyyarəsinə aid olduğu təsdiqlənərsə, belə bir vəziyyət tamamilə qəbuledilməz olacaq və NATO müttəfiqi Rumıniyanın suverenliyi və ərazi bütövlüyünün ciddi şəkildə pozulması olacaq”.
Bunu Buxarest bildirib.
Ölkənin müdafiə nazir Anxel Tilvar rusların pilotsuz uçuş aparatının ölkə ərazisinə düşməsini birbaşa təhlükə kimi dəyərləndirməyib.
Təbii ki, rumin nazirin dediklərinə biganə qalmayan polşalı general Raimund Andjeyczak dərhal Rusiyanı ittiham edib. O, Moskvanın nüvə silahından istifadə etmək istəməsindən şübhələndiyini də dilə gətirib.
“NATO nüvə silahları üzrə müqavilə təşkilatıdır; o, ruslara qarşı daha fəal və güclü olmalıdır”.
Bunu artıq polşalı general deyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB