Mozambikdə 39 nəfər xəsarət alıb

Mozambikdə 39 nəfər xəsarət alıb

Mozambikdə iki qatarın toqquşması nəticəsində 39 nəfər xəsarət alıb. SİA xəbər verir ki, bu barədə Afrika ölkəsinin limanlar və dəmir yolları xidməti məlumat yayıb.

Bildirilib ki, qəza mərkəzi Maputo əyalətinin Ressano və Qarsiya yaşayış məntəqələri arasındakı magistral yolda qeydə alınıb.

Zərərçəkənlərə yardım göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə