Çeçenistanda qasırğa baş verib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, məlumata görə, Qroznı küçələrini su basıb. Fırtınalı külək ağacları və reklam lövhələrini qırıb. Hətta tikinti kranı da təbii fəlakətin zərbəsinə tab gətirə bilməyib.
Respublikanın rəhbəri Ramzan Kadırov dəymiş ziyanı hesablamağı tapşırıb və bildirib ki, hakimiyyət zərərçəkənlər barədə məlumat toplayır.
Qeyd olunur ki, ixtisaslaşdırılmış xidmətlər fövqəladə rejimdə işləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB