Daşqında ölənlərin sayı 31-ə çatıb - Braziliyada

Daşqında ölənlərin sayı 31-ə çatıb - Braziliyada

Braziliyada baş vermiş daşqında ölənlərin sayı 31-ə çatıb. SİA xəbər verir ki, bu barədə yerli xilasetmə orqanlarının məlumatında qeyd olunub.

Son məlumata əsasən daha dörd nəfərin meyiti tapılıb. Axtarış-xilasetmə əməliyyatları davam edir. Bir neçə nəfərin itkin düşdüyü bildirilib.

Təbiət hadisəsi 52 mindən çox insana zərər vurub. 5300 insan evini tərk etmək məcburiyyətində qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə