Blinken Zelenski ilə görüşüb

ABŞ dövlət katibi Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə Zelenski ABŞ-nin Ukraynaya göstərdiyi yardıma, xüsusən energetika sahəsindəki köməyə görə Blinkenə təşəkkürünü bildirib.

Blinken, öz növbəsində, Zelenski və komandasını görməyə şad olduğunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə