Media Ukraynanın yeni müdafiə nazirinin təyinatında türk izi tapıb?
Türkiyə ilə yaxın əlaqələri ilə tanınan Rüstəm Umerov Ukraynanın yeni müdafiə naziri olub.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə RBC yazır.
Beləliklə, KİV-in məlumatına görə, Umerov etnik Krım tatarıdır və müsəlmandır. O, Rusiya-Ukrayna danışıqlarında Ukrayna nümayəndə heyətinin tərkibində olub və Türkiyə ilə yaxın əlaqələrə, o cümlədən Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla birbaşa əlaqəyə malikdir.
“Mokkovskiy Komsomolets” qəzeti Umerovun təyinatında türk izi tapıb.
Mətbuatın yazdığına görə, o, Mixail Saakaşvili və Viktor Yuşşenkonun da daxil olduğu “Gələcək Liderlərin Mübadilə Proqramı” çərçivəsində ABŞ-da təhsil alıb. Qəzetin yazdığına görə, Umerov, Ərdoğan ailəsinə yaxın olduğu güman edilən Türkiyənin “Turkcell” şirkətinə məxsus Ukraynanın “Lifecell” şirkətində yüksək vəzifələrdə çalışıb.
Onu da oliqarx Rinat Axmetov idarə edirmiş. Eyni zamanda, Umerov Türkiyə hakimiyyəti tərəfindən 2016-cı ildə dövlət çevrilişinə cəhddə ittiham olunan FETÖ-nün (İslam təbliğçisi Gülənin hərəkatı) üzvü hesab olunur.
Qeyd edək ki, Ukrayna lideri Vladimir Zelenskinin təklif etdiyi Umerovun namizədliyi bu gün səhər saatlarında Ali Rada tərəfindən təsdiqlənib. Umerovun lehinə 338 deputat səs verib, əleyhinə çıxış edən olmayıb, 1 deputat bitərəf qalıb.
Onu da qeyd edək ki, Umerov sentyabrın 5-dək Ukraynanın Dövlət Əmlak Fondunun rəhbəri olub. O, 2021-ci ilin noyabrından bu vəzifədə çalışan Ukraynanın müdafiə naziri postunda Aleksey Reznikovu əvəz edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB