Rusiyanın müvəqqəti işğal etdiyi Mariupoldakı işgəncə kameralarında insanlar itməkdə davam edir.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, hər həftə 50-dən 100-ə qədər belə hal olur.
Qeyd edək ki, bunu şəhər merinin müşaviri Pyotr Andriyuşşenko deyib.
FREEDOM telekanalına danışan şəhər meri, ümumilikdə, indiyədək şəhərdə müxtəlif növ filtrasiya (kütləvi həbs müəssisələri sistemi-A.B.) tədbirləri zamanı rusların 10 mindən çox mülki Mariupol sakinini həbs etdiklərini bildirib.
Andryuşşenkonun dediyinə görə, Marupolda işğalçılar tərəfindən yaradılmış işgəncə kameralarında yoxa çıxan insanların yaxınları onları praktiki olaraq tapa bilmirlər.
...İşğal olunmuş ərazilərdəki reallıqlar elədir ki, itkin düşənləri axtaran insanlar sonradan özləri yoxa çıxırlar.
Andryuşenkonun sözlərinə görə, bir il əvvəl itkin düşən Mariupol sakinləri, işğal olunmuş ərazilərdəki müxtəlif keçmiş koloniyalarda Yelenovka, Donetsk və Makeevka ərazisində saxlanılırdılar. Ancaq indi onlardan heç bir soraq yoxdur.
Qeyd edək ki, şəhər meri Marupolda itkin düşənlərin Rusiya Federasiyasının ucqar ərazilərindən birində və bir yerdə saxlanıldıqlarını ehtimal edir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB