Bu, Kremlin kəskin narazılıq və tənqidinə səbəb olub...

ABŞ-ın Ukraynaya yardım paketinin yeni tranşına tükənmiş uran mərmiləri daxildir
Bu, Kremlin kəskin narazılıq və tənqidinə səbəb olub...

Bu arada ABŞ prezident administrasiyası çərşənbə günü Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, buraya ilk dəfə olaraq uran tükənmiş “Abrams” tankları üçün mərmilər daxil olacaq.

Bundan əlavə, Pentaqon Ukraynanı HIMARS reaktiv yaylım atəşi sistemləri, tank əleyhinə “Javelin” sistemləri, taktiki naviqasiya və rabitə sistemləri, digər avadanlıq eləcə də sursatlarla təmin edəcək.

Qeyd edək ki, paketin ümumi dəyəri 175 milyon dollardır.

Xatırladaq ki, tükənmiş uran mərmilərin zireh nüfuzunu artırmaq üçün, eləcə də tank zirehlərində istifadə olunur. O, aşağı radioaktivliyə malikdir və nüvə silahı kimi təsnif edilmir.

Buna baxmayaraq, belə sursatların Ukraynaya çatdırılması planları Kremlin kəskin narazılıq və tənqidinə səbəb olub.

Məhz bunu əsas gətirən Moskva Böyük Britaniyanın bu cür təchizat planlarını əsas gətirərək, Belarusda nüvə silahı yerləşdirib.

Yeri gəlmişkən, hazırda tükənmiş uranın hərbi məqsədlər üçün istifadəsinin insan sağlamlığı üçün nə qədər təhlükəli ola biləcəyi ilə bağlı konsensus yoxdur. Bildirək ki, Birləşmiş Ştatlar Fars körfəzi və Kosovodakı döyüş əməliyyatlarında mərmilərdən və onu ehtiva edən tank zirehlərindən istifadə edib. Amma sonrakı hesabatlarda hərbçilərin və ya yerli sakinlərin xəstəlikləri ilə aydın əlaqə aşkar edilməyib.

Buna baxmayaraq, BMT və MAQATE ondan istifadədən imtina etməyi tələb edir. Onlar qeyd edirlər ki, radioaktiv olmaqla yanaşı, tükənmiş uranın özü də sağlam olmayan ağır metaldır. Bundan əlavə, torpağın çirklənməsi müharibənin Ukraynaya vurduğu ciddi ekoloji ziyanı bu daha da artıracaq.

Onu da xatırladaq ki, sentyabrın 6-da ABŞ Senatının hər iki əsas partiyasının, Respublikaçı və Demokratik partiyaların liderləri Ukraynaya dəstəyin davam etdirilməsinə çağırıblar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə