Oliver Varheyli Türkiyəyә sәfәr edәcәk

Oliver Varheyli Türkiyəyә sәfәr edәcәk

Avropanın qonşuluq və genişlənmə siyasəti üzrə komissarı Oliver Varhelyi əməkdaşlıq danışıqları ilә әlaqәdar Türkiyəyə səfər edəcək.

Avropa İttifaqı Komissiyasından verilənn bəyanata görə, Oliver Varheyli 6-7 sentyabr tarixləri arasında Türkiyənin xarici işlər naziri Hakan Fidan, ticarət naziri Ömer Bolat, ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar və sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır ilə görüşəcək.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, səfər zamanı Türkiyə-Avropa İttifaqı əlaqələri ilə yanaşı əməkdaşlıq məsələləri də müzakirə olunacaq.

Aİ Komissiyasının bəyanatında, iyun ayında keçirilən Aİ Zirvə toplantısında liderlər Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelə Türkiyə ilə münasibətlərin vəziyyəti ilə bağlı hesabat hazırlamağı tapşırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə