Sənət adamlarının həbs müddəti uzadılıb...

Sənət adamlarının həbs müddəti uzadılıb...

Moskvanın Xamovniki Məhkəməsi rejissor Yevgeniya Berkoviç və dramaturq Svetlana Petriyçukun həbs müddətini noyabrın 4-dək uzadıb. Məhkəmə çərşənbə günü baş tutub. Xatırladaq ki, qərarı ciddi insan haqlarının pozulmasında iştirak ittihamı ilə mart ayından ABŞ sanksiyaları altında olan hakim Diana Mişşenko verib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Berkoviç və Petriyçuk radikal islamçılarla evlənən rus qızlarından bəhs edən “Təmiz şahin Finist” tamaşasına görə terrora açıq şəkildə haqq qazandırmaqda ittiham olunurlar. Onu da bildirək ki, əsər Petriyçuk tərəfindən yazılmış və Berkoviç tərəfindən Moskvada, “SOSO Qızları” Teatrında səhnələşdirilmişdir.

Qeyd edək ki, tamaşa bir sıra nüfuzlu teatr mükafatlarına, o cümlədən əsas milli mükafat olan “Qızıl maska”ya layiq görülüb.

Yeri gəlmişkən, məhkəmədə teatr ictimaiyyətinin nümayəndələri, mədəniyyət xadimləri, hüquq müdafiəçiləri çıxış edərək təqsirləndirilən şəxsləri müdafiə ediblər.

Onu da qeyd edək ki, sentyabrın 1-də “müttəhimlər” Anna Politkovskaya adıan “Камертон” mükafatıha da layiq görülüblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə