...Çərşənbə günü, sentyabrın 6-da Belarus Valyuta və Fond Birjasının hərraclarında Belarus rublu dollar, Rusiya rublu və Çin yuanı qarşısında yenidən dəyər itirib.
Avro ilə ticarət olmasa da, bu valyuta 3,5097 Belarus rublu səviyyəsində qalıb. Dediyimiz kimi, Belarusda Avropa valyutası ilə ticarət aparılmayıb. Niyə?
Xatırladırıq ki, 2022-ci il dekabrın 12-dən Milli Bank avronu valyuta səbətindən çıxarıb.
SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə, çərşənbə günü ABŞ dolları 0,0098 rubl qiymətinə kəskin şəkildə əlavə olunub. Ticarət nəticəsində 1 dolların məzənnəsi 3,2653 Belarus rublu təşkil edib.
...Çin yuanı ardıcıl səkkizinci dəfə 0,0048 rubl bahalaşıb və beləliklə 10 yuanın məzənnəsi 4,4659 bel təşkil edib.
Yeri gəlmişkən, bir gün əvvəl Belarus Valyuta və Fond Birjasının çərşənbə axşamı keçirilən hərraclarında Belarus rublu dollar və avroya nisbətdə ucuzlaşmaqda davam etsə də, Rusiya rublu qarşısında möhkəmlənib...
...Bax, bu da Sənə təsəlli?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB