“Bizə Moskva lazımdır, bizə Pekin lazımdır...”

“Bizə Moskva lazımdır, bizə Pekin lazımdır...”

...Rusiyanı “ləğv etmək” cəhdləri səhvdir.

SİA-nın əldə etdiyi məlumata görə, bu sözləri Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq “Heute” qəzetinə müsahibəsində deyib.

...Rusiya heç vaxt dünya xəritəsindən silinməyəcək və həmişə Avropanın ən böyük coğrafi qonşusu olaraq qalacaq, ona görə də siyasətçilər praqmatizmi və nisbət hissini qoruyub saxlamalıdırlar.

Qeyd etdiyimiz kimi, bunu da Aleksandr Şallenberq bildirib.

“Axı biz təkcə İsveçrə və Lixtenşteynlə əməkdaşlıq edə bilmərik. Dünya təkcə ağ və ya qaradan ibarət deyil. Biz bunu nəzərə almalıyıq: bizə Moskva lazımdır, bizə Pekin lazımdır. Siz adicə iqlim dəyişikliyi ilə mübarizəni xatırlayın. Eyni şəkildə, BMT və ya ATƏT kimi platformalara ehtiyacımız var - onlar heç vaxt həmfikirlərin klubu olmayıblar”.

Bunu da avstriyalı nazir “Heute” nəşrinə müsahibəsində deyib.

...İstəklər kimi emosional reaksiyalar həmişə real imkanlara uyğun gəlməyə bilər, ona görə də beynəlxalq münasibətlərdə ağlabatan yanaşma və sağlam düşüncəni saxlamaq vacibdir.

“Biz dünyanı formalaşdırmaq və arzulamaq, Çin, Rusiya və digər ölkələri “kabus”a çevirmək və “ləğv etmək” kimi səhvlərə yol verməməliyik. O, Twitter-də işləyə bilər, amma real dünyada yox”.

Yeri gəlmişkən bunları bəyan edən Şallenberq, Vyananın xüsusi hərbi əməliyyat işə başlayandan sonra tətbiq edilən anti-Rusiya sanksiyalarını dəstəkləməsinə baxmayaraq, ölkəsinin Kiyevə texnika və silah tədarükündə iştirak etmədiyini də bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə