Priqojin “ölsə” də, “əməlləri yaşadılacaq”..?

Priqojin “ölsə” də, “əməlləri yaşadılacaq”..?

Rusiya həbsxanalardakı rus məhbuslar hərbi uçota alınma]a başladıla bilər. Bu təklifi Rusiya Federasiyasının Müdafiə Nazirliyi verib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə idarənin layihəsi normativ hüquqi aktların layihələrinin federal portalında dərc edilib.

İdarə azadlıqdan məhrum etmə yerlərində müddətli həqiqi hərbi xidmətə çağırılmış və hərbi xidmətə cəlb olunanlar üçün “xüsusi hərbi uçot”un tətbiqini təklif edir. Qeyd edək ki, bu Rusiya penitensiar sisteminin islah mərkəzləri, habelə cəzanın çəkildiyi yer üzrə hərbi komissarlıqlar tərəfindən həyata keçiriləcək.

Bu arada Rusiya Federasiyasının Müdafiə Nazirliyi hərbi qeydiyyat haqqında Əsasnaməyə dəyişiklik etməyi və həbsxanalarda, koloniyalarda və digər islah müəssisələrində olan rusların hərbi qeydiyyata alınmaması ilə bağlı bəndin çıxarılmasını təklif edir...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə