Ukraynanın Donetsk vilayətinin Konstantinovka şəhərində mərkəzi bazarın atəşə tutulması nəticəsində azı 16 nəfər həlak olub. Zərbəni rus qoşunları tərəfindən vurulduğu deyilir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Azadlıq” radiosunun Ukrayna xidmətinin müxbiri hadisə yerindən yayıb.
Onun sözlərinə görə, bazar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən mühasirəyə alınıb. Donetsk vilayət hərbi administrasiyası 16 ölü və 7 yaralı olduğunu bildirir. Ukraynanın baş naziri Denis Şmıxal 20-yə yaxın yaralı olduğunu bilirir.
Ukrayna prezidenti Vladimir Zelenskinin sosial şəbəkələrdə hadisə yerindən yayılan videoda ölənlərin sayının arta biləcəyi bildirilir...
Zərbə sentyabrın 6-da günortadan sonra vurulub. Səhər saatlarında şəhər artıq rus ordusu tərəfindən atəşə tutulub, yerli hakimiyyət orqanları bir mülki vətəndaşın yaralandığını bildiriblər. Rusiyanın hərbiyönlü teleqram kanalları Konstantinovkanın Yujno-Saxalinsk 68-ci Ordu Korpusu tərəfindən atəşə tutulduğunu iddia edir. Yanacaq-sürtkü materialları anbarının dağıdıldığı iddia edilsə də, yerli hakimiyyət bunu təsdiqləməyib.
BMT-nin hesablamalarına görə, 2022-ci ilin fevralında Ukraynaya təcavüzün başlanmasından bəri müharibə bölgəsində 9 mindən çox dinc sakin həlak olub.
Amma Ukrayna Baş Prokurorluğu 11 minə yaxın ölüm xəbərini verib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB