ABŞ Ukraynanı müharibə şəraitində saxlamağı planlaşdırır..?

ABŞ Ukraynanı müharibə şəraitində saxlamağı planlaşdırır..?

...ABŞ hakimiyyəti “sonuncu ukraynalı qalana qədər müharibə aparmağı” planlaşdırır(?).

SİA-nın əldə etdiyi məlumata görə, bu fikri bu gün Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ dövlət katibi Entoni Blinkenin Ukraynaya bugünkü səfərini şərh edib.

Kreml sözçüsünə görə, Vaşinqton Ukraynanı nəyin bahasına olursa olsun, son ukraynalı qalana qədər müharibə vəziyyətində saxlamaq niyyətindədir.

“Biz dəfələrlə bəyanatlar eşitmişik ki, onlar Kiyevə nə qədər vaxt lazımdırsa, kömək etmək niyyətindədirlər. Başqa sözlə, onlar Ukraynanı faktiki müharibə vəziyyətində dəstəkləməyə davam edəcəklər və bu müharibəni son ukraynalı qalana qədər aparacaqlar, bunun üçün pul əsirgəməyəcəklər. Biz bunu belə qəbul edirik”.

Bunu deyən Kreml nümayəndəsi, Amerika hakimiyyətinin bu cür hərəkət və addımları ilə Rusiyanın xüsusi hərbi əməliyyat kursuna da təsir edə bilməyəcəklərini dilə gətirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə