Hindistanın xarici işlər naziri təkzib edir...

Hindistanın xarici işlər naziri təkzib edir...

G20 sammitinin materiallarında “Bharat” sözünün işlədilməsi ölkənin adının dəyişdirilməsi cəhdi deyil.

SİA-nın əldə etdiyi məlumata görə, belə bir bəyanatla sentyabrın 6-da Hindistanın xarici işlər naziri Subramanyam Djaşankar ANI portalına müsahibəsində bildirib.

Belə ki, ölkənin adının Bharat olaraq dəyişdirilməsi ilə bağlı mesajları Hindistan Xarici İşlər Nazirliyi şərh edib.

Subramanyam Djaşankarın dediyinə görə, Yeni Dehlidə keçiriləcək G20 sammitinin materiallarında ölkəsinə istinad etmək üçün “Bharat” sözünün işlədilməsi heç də ştatın adını dəyişmək istəyi demək deyil.

Onun sözlərinə görə, Bharat Hindistan Konstitusiyasında təsbit olunmuş ştatın hind dilində tarixi adıdır. Eyni zamanda, Subramanyam Djaşankar ölkənin adının dəyişdirilməsinin planlaşdırılmadığını vurğulayıb və müxalifətə Konstitusiyanı oxumağı tövsiyə edib.

Xatırladaq ki, “Bharat” sözü Hindistan hakimiyyəti tərəfindən prezident Draupadi Murmunun adından verilən şam yeməyinə rəsmi dəvətdə, G20 dövlətlərinin bütün liderlərinin dəvət olunduğu rəsmi dəvətdə, habelə xarici nümayəndə heyətlərinə təqdim olunan kitabçada istifadə edilib...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə