“...Biz əks-hücumda əhəmiyyətli irəliləyiş gördük, bu, çox ümidvericidir”.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu sentyabrın 6-da Kiyevə gələn ABŞ dövlət katibi Entoni Blinken bildirib. O, Rusiyanın nəzarətində olan ərazilərdə Ukraynanın əks-hücumunda mühüm uğurlar əldə etdiyini də etiraf edib.
O bildirib ki, Vaşinqton Ukraynanı təkcə uğurlu irəliləyiş üçün deyil, həm də geri alınmış əraziləri saxlamaq üçün lazım olan hər şeylə təmin etmək istəyir. Yəni, ABŞ atəşkəsdən sonra da Ukraynaya dəstək verməyi planlaşdırır.
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı iyunun 4-də başlayıb.
Yeri gəlmişkən, bir müddət bundan əvvəl prezident Putin Türkiyə lideri ilə görüşdə Ukraynanın hücumunun nəinki səngidiyini, əksinə, tamamilə iflasa uğradığını bildirmişdi...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB