Kuban sakini iki yaşlı qızını hamamda boğub...

Kuban sakini iki yaşlı qızını hamamda boğub...

Krasnodarda mənzillərin birində dəhşətli faciə baş verib. SİA rus saytlarına istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsinin bölgə üzrə istintaq orqanlarının məlumatına görə, orada iki yaşlı qızın meyiti tapılıb.

Övladını qətlə yetirdiyini etiraf edən ana haqqında cinayət işi başlanıb. İstintaqın məlumatına görə, sentyabrın 5-də kirayədə yaşayan 35 yaşlı qadın cinayət barədə polisə məlumat verib. O, bildirib ki, iki yaşlı qızı ilə mənzildə tək qalaraq vanna otağını su ilə doldurub və qızı vannaya salıb. Qadının sözlərinə görə, o uşaqda həyat əlamətləri göstərməyi dayandırana qədər suda saxlayıb.

Məlumatların motivləri barədə hələlik məlumat yoxdur. Faktla bağlı araşdırma aparılır....

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə