"Ölkəmizə birbaşa investisiyalar cəlb edəcəyik"

"Ölkəmizə birbaşa investisiyalar cəlb edəcəyik"

"Ölkəmizə birbaşa investisiyalar cəlb edəcəyik".

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bunu prezident Rəcəb Tayyib Ərdoğan paytaxt Ankaradakı Prezident İqamətgahında Türkiye iqtisadiyyatı ilə bağlı hədəfləri və siyasətləri ehtiva edən Ortamüddətli Proqramı açıqlayıb.

Dövlət başçısı Avropa İttifaqı ilə ticarətə yeni ölçü əlavə etmək üçün Gömrük İttifaqını yeniləmək səylərini gücləndirəcəklərini vurğulayaraq “Biz bürokratik və hüquqi proqnozlaşdırıla bilənliyi gücləndirməklə ölkəmizə birbaşa investisiyalar cəlb etməyi hədəfləyirik” deyib.

Ərdoğan onu da deyib ki, 2023-cü ilin ilk yarısında 3,9 faiz artım tempinə nail olduq və artım gücümüzü fasiləsiz olaraq 12 rübə çatdırdıq. İllik əsasda 13 ildir ki, davamlı olaraq inkişaf edirik.

Rüblük artım göstəricisi ilə Türkiye OECD ölkələri arasında müsbət fərqlənir. Yenə bu dövrdə ilk dəfə olaraq 1 trilyon dollardan çox illik iqtisadi ölçüyə çata bildik.

Ərdoğan həmçinin qeyd edib ki, bu inkişaf proqramı çərçivəsində ixracın 300 milyard dollara çatdırılması, turizm gəlirlərinin isə 70 milyard dollardan çox artırılması planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə