Blinken Abbas və Netanyahu ilə telefonla danışıb

Blinken Abbas və Netanyahu ilə telefonla danışıb

ABŞ-ın dövlət katibi Antoni Blinken Fələstin dövlət başçısı Mahmud Abbas və İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefonla danışıb.

SİA-nın əldə etdiyi məlumata görə, ABŞ Dövlət Departamentindən telefon danışıqları ilə bağlı verilən yazılı açıqlamada Blinkenin Fələstin dövlət başçısı Abbasla görüşündə "İordan çayının qərb sahilində davam edən zorakılıqlardan" narahat olduğunu ifadə etdiyi bildirilib.

Blinken qeyd edib ki, ABŞ Fələstin xalqının həyat keyfiyyətini, təhlükəsizliyini və azadlıqlarını artıracaq addımları dəstəkləməyə davam edəcək.

Abbas və Blinken iki dövlətli həll yolunu bir daha dəstəkləyərək, onu təhlükə altına salacaq hərəkətlərə qarşı olduqlarını vurğulayıblar.

Blinken İsrailin Baş naziri Netanyahu ilə görüşündə də ABŞ-ın İsrailin təhlükəsizliyinə sadiqliyini təsdiqləyib.

Blinken ABŞ-ın İsrail və Fələstin xalqlarının təhlükəsizliyini və rifahını yaxşılaşdıran siyasətləri dəstəkləməyə davam edəcəyini vurğulayıb.

Ortaq maraqları müzakirə edən tərəflər İsrailin regional inteqrasiyasını və İranın yaratdığı təhlükə ilə mübarizəni də müzakirə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə