Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) aprelin ortalarında münaqişə başlayandan bəri Sudanda məcburi köçkünlərin sayının son rəqəmlərə görə, təxminən iki dəfə artaraq 7,1 milyon nəfərə çatdığını açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, açıqlanan son rəqəmlərə görə, Birləşmiş Millətlər Təşkilatına (BMT) bağlı BMqT-nin ötən gün verdiyi açıqlamada, Sudanda münaqişənin başlamasından bu yana məcburi köçkünlərin sayı iki dəfəyə yaxın artıb.
Aprelin ortalarında Çevik Dəstək Qüvvələri ilə Sudan Silahlı Qüvvələri arasında başlayan qarşıdurmalardan sonra Sudanda təxminən 7,1 milyon insanın məcburi köçkün vəziyyətinə düşdüyü, onlardan 3,8 milyonunun isə didərgin düşdüyü bildirilib.
Münaqişə ciddi humanitar böhrana səbəb olub, ərzaq, su, dərman və yanacaq çatışmazlığı son dərəcə kəskinləşib. Kəsilmiş ticarət yolları və məhdud giriş səbəbindən zəruri malların qiymətləri kəskin şəkildə artıb və Sudan daxilində mühasirədə olan qəsəbə və şəhərlərdə qalanlar üçün əlçatmaz hala gəlib. Gender əsaslı zorakılıq, məcburi köçkünlük və mülki şəxslərin öldürülməsi də daxil olmaqla, geniş yayılmış insan hüquqları pozuntuları barədə məlumat verilib.
Bildirilib ki, münaqişə başlayandan bəri Sudanda 1 milyondan çox insan qonşu ölkələr Çad, Misir, Cənubi Sudan, Efiopiya, Mərkəzi Afrika Respublikası və Liviyaya qaçıb və onların 67 faizi Sudan vətəndaşlarıdır. Bildirilib ki, ölkədə ehtiyaclar ən yüksək səviyyədədir, ölkənin demək olar ki, yarısı olmaqla 24,7 milyon insanın humanitar yardıma və müdafiəyə ehtiyacı var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB