Aylardır axtarışda olan oğrunun koala olduğu üzə çıxdı - FOTO

Aylardır axtarışda olan oğrunun koala olduğu üzə çıxdı - FOTO

Avstraliyada güllər yetişdirən istixanada aylarla ting yeyən oğrunun koala olduğu üzə çıxıb. SİA türk mətbuatına istinadən xəbər verir ki, istixana sahibi koalanı yeyilən tinglərin ortasında tutduğunu deyib: "Çox yediyi üçün yerindən tərpənə bilmir".

Avstraliyanın Yeni Cənubi Uels əyalətində koala populyasiyası üçün şitil yetişdirən istixananın sahibi Humphrey Herinqton, istixanadakı cəmi 3 min 800 dollarlıq tinglərin aylarla müəmmalı şəkildə yeyildiyini və nəhayət oğrunun tapıldığını bildirib.

Ötən həftə mətbuata açıqlama verən Herinqton, əvvəlcə gülləri yeyənlərin keçi və ya opossum olduğunu düşündüklərini, aylar sonra isə Klod adını verdikləri koalanı yeyilən fidanların arasında tutduqlarını bildirib.

İstixananın sahibi Herinqton Klodun şəklini çəkərək oğurluğu sənədləşdirib. Humphrey Herinqton, 20 ildir bölgədə yaşadığını və daha əvvəl heç bir koalanın yemək oğurladığının şahidi olmadığını vurğulayaraq, istixananın ətrafına hündür məftil çəpərləri çəkməyə başladıqlarını ifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə