Rusiya prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman neft bazarlarında baş verənləri müzakirə ediblər. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Kremldən verilən məlumata görə, Putin və Salman telefonla danışıb.
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ilə OPEC-ə daxil olmayan neft hasil edən ölkələrdən ibarət OPEC+ qrupu arasında əməkdaşlığın müzakirə edildiyi görüşdə bu əməkdaşlığın könüllü neftin də töhfəsi ilə enerji bazarlarında sabitliyi təmin etdiyi vurğulanıb. Görüş zamanı Bin Salman həmçinin Səudiyyə Ərəbistanının BRİKS-ə qoşulmaq üçün müraciətinə Rusiyanın dəstəyinə görə təşəkkür edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB