Hindistan niyə adını “Bharat” olaraq dəyişdirmək istəyir?

Hindistan niyə adını “Bharat” olaraq dəyişdirmək istəyir?

Baş nazir Narendra Modinin rəhbərlik etdiyi Hindistan hökuməti hazırda dünyanın ən sıx məskunlaşdığı ölkəsi olan Hindistanın şəhər həyatından, siyasi institutlarından və tarix kitablarından Britaniya müstəmləkəçiliyinin əbədi simvollarını silmək üçün səylər göstərir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Narendra Modinin özü tez-tez Hindistanı "Bharat" adlandırır. Bu söz Sanskrit dilində yazılmış qədim hindu mətnlərinə gedib çıxır və ölkənin Konstitusiyadakı iki rəsmi adından biridir.

Hakim hindu millətçi partiyası BJP-nin üzvləri kökləri antik Qərbdə olan və Böyük Britaniya tərəfindən tətbiq edilən "Hindistan" adının istifadəsinə qarşı kampaniyaya başlayıblar. Həftə sonu Yeni Dehli, dəvətə əsasən, "Bharat Prezidenti" tərəfindən dövlət şam yeməyi ilə taclanacaq G20 sammitinə ev sahibliyi edəcək.

Hökumət bu ayın sonunda parlamentin növbədənkənar iclasını çağırıb. Bununla belə, News18 televiziya kanalı, adı açıqlanmayan hökumət mənbələrinin BJP parlamentarilərinin bu münasibətlə "Bharat" termininin rəsmi istifadəsinə üstünlük vermək üçün xüsusi bir qətnamə təqdim edəcəklərini söylədi.

Həmçinin, “Ümid edirəm ki, hökumət “Hindistan”dan tamamilə imtina edəcək qədər axmaq deyil” deyə, – müxalifət Konqres partiyasının lideri Şaşi Taror “Twitter”də yazıb.

"Biz hər iki sözü işlətməyə davam etməliyik və tarixə iz qoymuş dünyaşöhrətli addan imtina etməməliyik", - Taror bildirib.

Keçmiş kriketçi Virender Sehvag belə bir ad dəyişikliyi ehtimalını alqışladı və Hindistan kriket şurasını komanda formalarında "Bharat" yazmağa başlamağa çağırdı.

"Hindistan ingilislər tərəfindən verilən bir addır. Orijinal adı olan "Bharat"ı bərpa etməyin vaxtıdır", - deyə Sehvaq bildirib.

Onilliklər ərzində müxtəlif baxışlara malik Hindistan hökumətləri yolların və hətta bütün şəhərlərin adlarını dəyişdirərək Britaniya müstəmləkəçiliyi dövrünün qalıqlarını silməyə çalışıblar.

Narendra Modi baş nazir olduqdan sonra (2014) bu proses intensivləşdi və ictimai çıxışlarında Hindistanın “müstəmləkəçilik zehniyyətinin” qalıqlarından əl çəkməli olduğunu vurğuladı.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə