Çin hökumət qurumlarına Apple şirkətinin iPhone və digər xarici markalı cihazlarından biznes məqsədləri üçün istifadə etməyi və bu cihazları ofisə gətirməyi qadağan edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki,
Məlumata əsasən qadağa qərarı analitiklərin yeni model iPhone-ların təqdim ediləcəyini düşündüyü Apple şirkətinin gələn həftə keçirəcəyi tədbirdən əvvəl verilsə də, bu qərar ABŞ və Çin arasında gərginliyin artması səbəbindən Çində fəaliyyət göstərən xarici şirkətlərin narahatlığına səbəb ola bilər. Son illərdə Çin məlumat təhlükəsizliyi ilə bağlı narahatlıqlar artdıqca şirkətlər üçün yeni qanunlar və qaydalar qəbul etməyə başlayıb. Çin "Apple"ın ən böyük bazarlarından biridir və şirkətin gəlirinin təxminən beşdə birini təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB