Türkiyənin Adana şəhərində Seyhan Anbar gölündə bir neçə metr suyun çəkilməsi ilə 153 illik məzarlar yenidən peyda olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, 67 il əvvəl Seyhan çayı üzərində tikilən Seyhan bəndi su tutmağa başlayanda Çukurova rayonunun Topalak Mahallesi qəbiristanlığını su basmışdı.
Həm DSİ-yə məxsus kanallara suyun verilməsi, həm də daşqın riskinə qarşı suyun qapaqlarda tutulub qalması səbəbindən göldəki su bir neçə metr çəkilib. Nəticədə də sonuncu dəfə 3 il əvvəl görülən 153 illik məzarlar yenidən üzə çıxıb.
Nənəsinin məzarına gələrək dua edən 68 yaşlı Yunus Tekduran şəhər mərkəzindən uzaqda olduğu üçün kənd olan məhəllənin mənzərəsi ilə diqqət mərkəzinə çevrildiyini bildirib.
Tekduran, "Su altında qalan qəbiristanlıq 3 ildən sonra yenidən üzə çıxdı. Bu ərazi piknikçilərin maraq mərkəzinə çevrildi. Qəbiristanlıq olması səbəbiylə bura gələnlərin həssaslıq göstərməsini gözləyirik" dedi.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB