Türkiyə iqtisadiyyatı ilə bağlı hədəfləri və siyasətləri ehtiva edən Orta Müddətli Proqram (OMP) bu gün açıqlanacaq. SİA türk mətbuatına istinadən xəbər verir ki, OMP-də əsas hədəfin birrəqəmli inflyasiya olacağı gözlənilir.
Orta Müddətli Proqram saat 14:00-da prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən açıqlanacaq.
Üç illik makro hədəflər və struktur islahat addımları proqramla paylaşılacaq. Hazırlanan proqramda orta müddətli dövrdə əsas hədəfin təkrəqəmli inflyasiyanın olacağı gözlənilir. Məqsədlərə çatmaq üçün atılacaq addımların mərhələli şəkildə OMP-yə daxil edilməsi planlaşdırılır.
Proqram üç əsas başlıq altında müzakirə olunacaq. Birincisi, pul siyasətinin əsas çərçivəsini müəyyən etməkdir. Qiymət sabitliyinin təmin edilməsinə yönəlmiş mesajların olacağı gözlənilir. İkincisi, fiskal siyasətdir. Büdcədə zəlzələ xərcləri ilə yanaşı qənaət tədbirlərinin də həyata keçirilməsi nəzərdə tutulur. Büdcə kəsirinin Avropa Birliyi standartlarına uyğun olduğu vurğulanacağı düşünülür. Üçüncüsü, struktur islahatları. Bəzi sahələrdə restrukturizasiyaya önəm veriləcəyi bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB