Yupiterdə UFO qəzası

May ayında ABŞ uzun illərdir dünyanın müxtəlif yerlərində görülən dairəvi UFO-ları (Naməlum Uçan Cisimlər) ilk dəfə qəbul edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, NASA-nın təşkil etdiyi mətbuat konfransında müxtəlif UFO görüntüləri təqdim edilib və bu obyektlərin varlığı ilk dəfə etiraf edilib. İyul ayında ABŞ Konqresində UFO-larla bağlı açıq sessiya keçirilib.

Nümayəndələr Palatasının Təftiş Komitəsinin Milli Təhlükəsizlik, Sərhəd və Xarici Əlaqələr alt komitəsində keçirilən dinləmədə əvvəllər ABŞ ordusunda xidmət etmiş üç şahid ifadə verib. And içən şahidlərin ortaq nöqtəsi aşkar edilən obyektin yuvarlaq olması və çox sürətli hərəkət etməsi idi. Rəsmi isə Vaşinqtonun artıq yadplanetlilərlə əlaqə saxladığını və ABŞ-ın yadplanetlilərə aid silahlara sahib olduğunu bildirib. Bu hadisədən cəmi bir ay sonra Maui adasında meşə yanğınları baş verib. Saysız-hesabsız insanın həyatını itirdiyi fəlakətdə səmadan göndərilən işıq yerli əhalinin kamerasına əks olunub. Görüntüləri "X" platformasında paylaşan bir şəxs ağaclardan başqa hər şeyin yandığını deyib.

Bütün bunlar baş verərkən Yupiter planetini tədqiq edən həvəskar bir müşahidəçi bu yaxınlarda parlaq bir işıq qeydə alıb. Sözügedən məşəlin səbəbi hələ dəqiq müəyyən edilməyib.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə