"Harri Potter" yenidən ekranlara çıxacaq

İngilis yazıçısı C.K.Roulinqin yazdığı "Harri Potter" fantastik roman seriyası səkkiz filmi ilə dünyada böyük pərəstişkar kütləsi qazanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, serialın ilk üç filmi sentyabrın 8-də yenidən tamaşaçılarla görüşəcək.

C.K.Roulinqin yeddi kitablıq "Harri Potter" seriyası həm kitabları, həm də filmləri ilə dünyada böyük bir fenomenə çevrilməyi bacarıb. Baş rollarda Daniel Radkliffe, Emma Vatson və Rupert Grint-in çəkildiyi serial yenidən ekranlara çıxacaq.

Serialın ilk üç filmi sentyabrın 8-də seçilmiş kinoteatrlarda nümayiş olunacaq. "Harri Potter və Sehrbazın Daşı", "Harri Potter və Sirlər Otağı" və "Harri Potter və Azkaban Məhbusu" filmləri illər sonra yenidən kinoteatrlarda nümayiş olunacaq.

"Harri Potter və Fəlsəfə Daşı" - 16 noyabr 2001-ci il

"Harri Potter və Sirlər Palatası" - 15 noyabr 2002-ci il

"Harri Potter və Azkaban Məhbusu" - 18 sentyabr 2004-cü il

"Harri Potter və Od Qədəhi" - 31 avqust 2005-ci il

"Harri Potter və Feniks ordeni" - 27 iyul 2007-ci il

"Harri Potter və Qan Şahzadəsi" - 15 iyul 2009-cu il

"Harri Potter və Ölüm Yadigarları": 1-ci hissə - 17 noyabr 2010-cu il

"Harri Potter və Ölüm Yadigarları": 2-ci hissə - 13 iyul 2011-ci il

Bütün xəbərlər Facebook səhifəmizdə