Rusiya Odessaya yenidən hücum etdi

Rusiya Odessaya yenidən hücum etdi

Rusiyanın Ukraynanın Odessa vilayətində səhər saatlarında pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi hücumda liman və kənd təsərrüfatı infrastruktur obyektlərinə ziyan dəydiyi bildirilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Odessa Vilayəti Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper sosial media hesabından verdiyi açıqlamada Rusiyanın səhər saatlarında 3 saat ərzində Odessanın İzmail rayonunda PUA-larla hücuma keçdiyini bildirib.

Hücum nəticəsində bir kənd təsərrüfatı müəssisəsi işçisinin həyatını itirdiyini qeyd edən Kiper bunları deyib: "Bir neçə yaşayış məntəqəsində dağıntı və yanğın baş verib. Limanlar və siloslar, inzibati binalar və kənd təsərrüfatı müəssisələri kimi kənd təsərrüfatı infrastruktur obyektləri zərər görüb".

Kiyev Şəhər Hərbi İdarəsinin prezidenti Sergey Popko da sosial media hesabında Rusiyanın X-101/555/55 tipli qanadlı raketlərlə paytaxt Kiyevə hücum etdiyini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə