Türkiyədə İstanbul-Diyarbəkir reysini həyata keçirən Türk Hava Yollarının (THY) təyyarəsinə ildırım düşüb. SİA xəbər verir ki, THY-yə məxsus ildırım vuran təyyarə İstanbul Hava Limanına qayıdıb.
İstanbul-Diyarbəkir reysini yerinə yetirən Türk Hava Yollarına məxsus Airbus 321 təyyarəsi saat 17.35-də İstanbul hava limanından havaya qalxıb. Havaya qalxdıqdan az sonra Türk Hava Yollarına məxsus təyyarəni ildırım vurub.
Təyyarənin kapitan pilotu İstanbul Hava Limanının idarəetmə qülləsi ilə radio əlaqəsi yaradaraq geri qayıdıb. İstanbul Hava Limanına eniş etdikdən sonra Türk Hava Yollarına məxsus təyyarə texniki xidmətə götürülüb və sərnişinlər təxminən 5 saat hava limanında gözlədikdən sonra uçuş ləğv edilib.
Təyyarədə olan bəzi sərnişinlər sosial media hesablarında İstanbul-Diyarbəkir reysini həyata keçirən Türk Hava Yollarının uçuşunun ləğv edildiyini paylaşıblar. Türk Hava Yollarına məxsus təyyarənin sərnişini bunları deyib: “THY-nin Diyarbəkir reysini ildırım vurdu. Uçuş ləğv edildi”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB