Dostları ilə birlikdə çimmək üçün Türkiyənin Sapanca gölünə atılaraq boğulma riski ilə Sapanca rayonunda xəstəxanaya yerləşdirilən məşhur rejissor Abdulkadir Ceylan Ede dünyasını dəyişib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sapanca mahalının Kırkpınar mahalı yaxınlığındakı Sapanca gölündə dünən axşam saatlarında qayıqla gölə gedən 3 dostdan biri Albulkadir Ceylan Ede üzmək üçün suya atılıb.
Bir müddət üzən Ede boğulma təhlükəsi ilə üzləşib və dostları onu sudan çıxarıblar. Xəbərdarlıq üzərinə bölgəyə sağlamlıq və polis qrupları sövq edilib. Edenin dayanan ürəyi təcili yardımda olan sağlamlıq qrupları tərəfindən CPR ilə yenidən işə salınıb.
Abdulkadir Ceylan Ede qaldırıldığı Sapanca İlçe Dövlət Xəstəxanasının təcili xidmətində edilən ilk müdaxilənin ardından Sakarya Təhsil və Araşdırma Xəstəxanasına sövq edilib. Reanimasiya şöbəsində müalicə alan Abdulkadir Ceylan Ede həkimlərin bütün müdaxilələrinə baxmayaraq dünyasını dəyişib.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB