İndoneziyada 43-cü ASEAN Sammiti işə başlayıb

İndoneziyada 43-cü ASEAN Sammiti işə başlayıb

İndoneziyanın Cakarta şəhərində Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) 43-cü Sammiti işə başlayıb. SİA-nın məlumatına görə, 43-cü ASEAN Sammitində əsas diqqət regionun iqtisadi artımın episentri kimi formalaşmasına yönəlib.

Qeyd edək ki, ASEAN 1967-ci il avqustun 8-də Taylandın Banqkok şəhərində İndoneziya, Malayziya, Filippin, Sinqapur və Tayland tərəfindən Banqkok Bəyannaməsinin imzalanması ilə yaradılıb. ASEAN Cənub-Şərqi Asiyada yerləşən 10 ölkənin siyasi, iqtisadi və mədəni regional hökumətlərarası təşkilatıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə