Meksikada helikopter qəzaya uğradı - Ölənlər var

Meksikada helikopter qəzaya uğradı - Ölənlər var

Meksikanın qərbindəki Jalisko əyalətində vertolyot qarğıdalı sahəsinə düşüb. SİA xəbər verir ki, Jalisko Yerli Mülki Müdafiə Şurasından verilən açıqlamada Kolima şəhərindən havaya qalxan özəl helikopterin Tuxpan qəsəbəsində qarğıdalı tarlasına çırpıldığı bildirilib.

Açıqlamada helikopterin qəzaya uğradıqdan dərhal sonra alovlandığı və qəzada 3 nəfərin öldüyü vurğulanıb.

Qəzanın səbəblərinin araşdırıldığı qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə