III Dünya Müharibəsi artıq başlayıb..?

III Dünya Müharibəsi artıq başlayıb..?

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksiy Danilov Kiyev Təhlükəsizlik Forumunda çıxışı zamanı III Dünya Müharibəsinin artıq başladığını bildirib.

Ukrayna vətəndaşlarının əzmkarlığına diqqət çəkən Danilov, Ukraynanın NATO-ya üzvlüyünün vacibliyini bildirib.

O Ukraynanın Şimali Atlantika Alyansını gücləndirəcəyini də bildirib.

“...Dünyada baş verəcək hadisələr dayanmayacaq. Əgər kimsə üçüncü dünyanın başlamadığına inanırsa, bu, böyük səhvdir. Artıq başlayıb, hibrid dövrdə müəyyən vaxt var, indi aktiv fazaya keçib”.

Bunu deyən Danilovun fikrincə, dövrümüzün geosiyasi şəraiti, bunu dünyada baş verən sonuncu münaqişə olmadığını deməyə əsas verir.

O, həmçinin vurğulayıb ki, Ukrayna münaqişəsindən sonra bir çox dünya institutlarının, o cümlədən BMT-nin rolunu dəyişəcək.

SİA-nın əldə etdiyi məlumata görə, bundan əvvəl ABŞ prezidentliyinə Demokratlar Partiyasından kiçik Robert Kennedi Şimali Atlantika Alyansının Rusiya ilə birbaşa hərbi münaqişəyə girəcəyi təqdirdə NATO-nun dağılacağını bildirmişdi.

O, hərbi blokun bütün üzvlərinin Rusiya ilə münaqişəyə hazır olmadığını demişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə