Aptek müdiri gizli “ekstremist” kimi də “fəliyyət göstərirmş”...

Aptek müdiri gizli “ekstremist” kimi də “fəliyyət göstərirmş”...

Qomel vilayət məhkəməsi şəhər apteklərindən birinin müdiri Dmitri Makeyevi 6 il müddətinə ciddi rejimli koloniyaya göndərməklə yanaşı, onu 18500 rubl (7324 dollar) məbləğində də cərimələyib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Viasna” hüquq müdafiə mərkəzi məlumat yayıb.

Qeyd edək ki, aptek müdiri “Belsat” qeyri-dövlət telekanalına 68 avro, “BYSOL” Həmrəylik Fonduna 68 avro və 78 dollar, Kastus Kalinouski alayına isə 33 avro köçürməkdə ittiham olunub.

Məhkəmənin “qazıb çıxardığı” məlumata görə, sən demə, bundan əlavə, Makeev bir ildən artıq müddətdə “materialları ekstremist kimi tanınan media resursuna” 53 avro və 115 dollar köçürüb.

Yox, yox, bu hələ hamısı deyil.

Belə ki, Makeev aptekin çöldəki videomüşahidə kameralarından Rusiya hərbi texnikasının hərəkətini əks etdirən video da hazırlayıb və Belarus hakimiyyətinin ekstremist hesab etdiyi teleqram kanallarına göndərib.

Onu da qeyd edək ki, aptek müdiri Cinayət Məcəlləsinin üç maddəsi ilə ittiham olunub.

Və bu üç maddənin üçündə də onu adı ekstremist kimi keçir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə