Rusiya prezidenti Vladimir Putinin böyük qızı Mariya Vorontsova Ukraynada genişmiqyaslı müharibə başlayandan sonra ABŞ və İsveçrənin elmi nəşrlərində bir neçə məqalə dərc etdirib.
SİA-nın əldə etdiyi məlumata görə, Vorontsova 2022-ci ildən dekan müavini vəzifəsində çalışdığı Moskva Dövlət Universitetinin Fundamental Tibb fakültəsində həmkarları ilə birgə məqalələr yazır.
Müharibə başlayandan bəri Putinin qızının üç nəşri Amerikanın nüfuzlu “The Endocrine Society” jurnalında və İsveçrənin “MDPI Publishing” elmi nəşriyyatında dərc olunub.
Qeyd olunur ki, endokrinoloq, tibb elmləri namizədi Mariya Vorontsova 2022-ci ilin aprelindən ABŞ, Böyük Britaniya və Avropa İttifaqının sanksiyaları altındadır, lakin rəsmi olaraq ona qarşı qoyulan məhdudiyyətlər onun bu ölkələrdə nəşrinə qadağa qoymur.
Xatırladaq ki, 2019-cu ildə Mariya Vorontsova Yeni Tibb Şirkətinin (NOMECO) həmtəsisçisi olub.
Medianın məlumatına görə, Putinin qızının şirkəti elita üçün 40 milyard rubl dəyərində tibb mərkəzinin yaradılmasında birbaşa iştirak edib.
Bu arada “We Can Explain” jurnalistlərinin hesablamalarına görə, ötən il şirkət 857 milyon rubl qazanıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB