Dövlət Departamenti Blinkenin Kiyevə səfərini təsdiqləməyib

Dövlət Departamenti Blinkenin Kiyevə səfərini təsdiqləməyib

Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel dövlət katibi Antoni Blinkenin Kiyevə mümkün səfəri ilə bağlı məlumatı təsdiqləməyib.

SİA xəbər verir ki, o, brifinqdə Blinkenin sentyabrın 6-da Ukrayna paytaxtına səfər edəcəyi ilə bağlı mətbuatda yayılan iddialara münasibət bildirərək, “Mənim hər hansı rəsmi səfərlə bağlı heç bir məlumatım yoxdur” deyib.

Qeyd edək ki, “Zerkalo nedeli” nəşri diplomatik mənbələrə istinadən dövlət katibinin Kiyevə gedəcəyini bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə