Priqojin Maliyə köçüb?

...Qəribə də olsa, “Vaqner” PMC rəhbərinin ölümündən sonra ruslar hər yerdə Priqojinə bənzər insanlara rast gəlirlər. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, internet istifadəçiləri ölən Sankt-Peterburqlu şəxsi- Priqojin artıq adi insanlar da tanıyırlar.

..Yəqin ki, məlumatlı olarsınız, bu gün “Priqojin sağdır” axtarış sorğusu İnternetdə ən populyarlardan biridir.

Priqojinin sağ olduğunu göstərən videoçəkilişlər də axtarış sorğusunda yer almaqdadır.

...Budur, “Konkord” şirkətinin sahibkarı məktəb xəttini ziyarət edən bir fotoqrafa “çevrilərək” şəkil çəkir.

...Başqa bir epizod – Priqojin qatarda, özü də üst qatda uzanıb...

...Və daha başqa bir epizod “Vaqner” PMC-nin rəhbəri içki mağazasında al-ver edir.

Doğrudanmı, bütün bunlar Priqojinin oxşarlarıdır?

...Şəxsi hərbi şirkətin pərəstişkarları tez-tez əsl Yevgeni Priqojinin sağ olduğunu söyləyən bir video yayımlayırlar. Lakin jurnalistlər xatırladırlar ki, bu video aviaqəzadan düz 1-2 gün əvvəl Afrikada çəkilib.

Ən optimistlər isə hələ də “Vaqner” liderinin Afrikaya, dəqiqi Maliyə köçdüyünə inanırlar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə