Ruslar bu təşkilatı da arzuolunmaz təşkilat kimi tanıyıb

Ruslar bu təşkilatı da arzuolunmaz təşkilat kimi tanıyıb

Rusiya Baş Prokurorluğu Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyasını ölkədə arzuolunmaz təşkilat kimi tanıyıb. Buna səbəb həmkarlar ittifaqı təşkilatının öz üzvlərinə Rusiya gəmilərinin xarici limanlarda boşaldılmasını boykot etməyə icazə verməsi olub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu, on minlərlə rus dənizçisinin təqib olunma riski ilə üzləşə bilər.

Baş Prokurorluğun bəyanatına görə, həmkarlar ittifaqları beynəlxalq assosiasiyasının əsas iş istiqamətlərindən biri Rusiya nəqliyyat gəmilərinin dəniz limanlarına daxil olmasına qadağa qoyulması üçün lobbiçilikdir.

Bundan əlavə, təşkilat Ukraynaya pul bağışlayır.

Bu da rus nazirliyinin bəyanatında deyilir.

Təbii ki, söhbət Ukraynada müharibədən zərər çəkmiş nəqliyyat işçilərinin ailələrinə yardım üçün vəsait toplamaqdan gedir.

Yeri gəlmişkən, Rusiya qanunlarına görə, arzuolunmazlar siyahısına daxil edilmiş təşkilatlarla əməkdaşlıq cinayət məsuliyyəti daşıyır. Bu isə 6 ilə qədər həbslə nəticələnə bilər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə