Qaraçay-Çərkəz sakini Rezuan Bostanov hərbi xidmətdən yayınma maddəsi ilə açılmış cinayət işi üzrə 100 min rubl məbləğində cərimələnib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, çağırış vərəqəsini götürməkdən və orduya göndərilmək üçün tibbi müayinəyə gəlməkdən imtina edib.
Hökmə əsasən, Bostanov Zelençukski və Urupski rayonlarının hərbi komissarlığında B-4 kateqoriyası ilə qeydiyyatda olub. Onda hərbi xidmətə çağırışa mane olmayan xəstəlik aşkarlanıb.
Dosyedə deyilir ki, 2023-cü ilin yazında çağırışçı komissarlıqda olarkən əməkdaşlarının iştirakı ilə hərbi xidmətə gəlmək üçün iki çağırış vərəqəsini almaqdan qəti şəkildə imtina edib.
Qeyd edək ki, təqsirini tam etiraf edən Rezuanov peşman olduğunu bildirib.
Rus saytlarının yazdığına görə, onun işinə xüsusi qaydada baxılıb. Ehtimal edilən cinayət maddəsi ilə cəza 200 min rubla qədər cərimə və ya iki ilə qədər həbs cəzasını nəzərdə tutur.
Zelençukski Rayon Məhkəməsi çağırışçıya minimum cəza təyin edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB