Ruslar Ukraynada ingilis tankı vurublar..?

Ruslar Ukraynada ingilis tankı vurublar..?

…Britaniyanın “Challenger 2” tankı 1994-cü ildə istifadəyə veriləndən bəri ilk dəfə rus qoşunları tərəfindən döyüş meydanında məhv edilib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bubarədə “The Guardian” yazır.

Beləliklə, rus saytları, ingilis nəşrin yazdığına istinadən sosial şəbəkələrdə tüstülənən tankın videogörüntüləri barədə yazıblar.

Deyilənlərə görə, döyüş maşını Zaporojye istiqamətində Rabotino kəndi yaxınlığında məhv edilib.

“Challenger 2” 1994-cü ildən xidmətdədir və bu, tankın təxminən 30 ildə ilk dəfə döyüşdə məhv edilməsidir.

Nəşr qeyd edir ki, 2003-cü ildə İraqda daha bir tank məhv edilib, lakin sonra bu, “dost atəşi” altına düşməsi səbəbindən baş verib.

Xatırladaq ki, Böyük Britaniya hərbi yardım çərçivəsində Ukraynaya 14 ədəd “Challenger 2” tankı tədarük edib.

…Tankın itkisi Ukrayna Müdafiə Nazirliyinin briqada ilə video müsahibəsində nümayiş etdirməsindən bir neçə gün sonra baş verib.

Bunu isə, deyilənlərə görə, “Forbes” jurnalı yazıb?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə