Xaricdə daimi yaşayan Belarus vətəndaşları xaricdəki səfirlik və konsulluqlarda pasport ala, dəyişdirə və ya yeniləyə bilməyəcəklər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Belarus lideri Aleksandr Lukaşenkonun fərmanında deyilir.
Sənədə əsasən, pasport almaq və ya onun etibarlılığını artırmaq yalnız yaşayış yeri üzrə son qeydiyyat yeri üzrə daxili işlər orqanlarında mümkündür.
Lukaşenkonun fərmanında o da nəzərdə tutulur ki, xaricdə olan Belarus vətəndaşı Belarusdakı daşınmaz əmlakını və ya nəqliyyat vasitələrini satmaq istəsə, o, ölkəyə qayıdaraq sövdələşməni şəxsən tamamlamalıdır.
Bu arada Belarusun Latviyadakı konsulluğundan bununla bağlı sənədlərin artıq orada yaşayan belaruslara verildiyi bildiriıib.
O da qeyd edilir ki, onların, yəni bu ölkədə yaşayan belaruların yeni fərmandan hələ xəbəri yoxdur deyə, ona görə də hələlik bu barədə şərh verməyə hazır deyillər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB