Yunanıstan indi də daşqınlarla "çarpışır"

Yunanıstan indi də daşqınlarla "çarpışır"

Yunanıstanda yağan leysan yağışları nəticəsində bir adam həyatını itirib, bir adam da itkin düşüb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Volos, Larisa, Saloniki şəhərləri ilə ətrafında yağan leysan yağışları həyatı iflic edib.
Yunanıstanın ERT telekanalının yaydığı məlumata görə, Volosda heyvanlarını xilas etməyə çalışan 70 yaşlı fermer torpaq sürüşməsi nəticəsində dağılan divarın altına qalaraq həyatını itirib.
Aramsız yağışların səbəb olduğu daşqınlar nəticəsində itkin düşən 42 yaşlı şəxin tapılması istiqamətində axtarış-xilasetmə əməliyyatları həyata keçirilir.
Yunanıstan Meteorologiya İdarəsinin məlumatına görə, "Daniel" olaraq adlandırılan əlverişsiz hava şəraiti bu həftə ölkə daxilində hökm sürdürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə